İŞƏ BAŞLAMADAN TANIŞ OL

Boş vaxtını səmərəli keçirtmək istəyən hər kəs qoşula bilər. İş qrafiki sərbəstdir və telefona yazılmış program əsasında idarə olunur. İş program əsasında idarə olunduğu üçün ofisə bağlılıq yoxdur. İstənilən yerdən qoşulub pul qazana bilərsiniz.

 

Kimlər qoşula bilər?

 

- Boş vaxtdı olan bütün gənclər, tələbələrə üstünlük verilir

- Səliqəli və işə məhsuliyyətli olanlar

- Seçdiyi xidmət növünə uyğun olaraq təchizatlı olmalı

- Android Əməliyat sistemi olan Smartfonu olan

 

İş barədə məlumat

 

- Müştərilərin sifarişlərini çatdırmaq

- Program əsasında istənilən yerdən sistemə qoşulub işləyə bilər

- Çatdırılma 3 formada olur – Maşınla / Velosipedlə (motorsklet) / Piyada

- Sərbəst iş qrafiki - həftədə ən azı 15 saatdan az olmamaq şərti ilə

- 30 yaşadək

- Əmək haqqı işə muzddur - hər sifarişə uyğun hesablanır

- Fəaliyət əmək Müqaviləsi əsasında aparılacaq

- Hər sifarişdən alınan xidmət haqqının 80% - i kuryerin 20% - i isə şirkətə komisyon olaraq ödənilir

 

 

İşə Qəbul prosesi necə baş verir?

 

- Siz qoşulmağa qərar verdikdən sonra sizinlə ilkin müqavilə bağlanır. İlkin Müqavilə bir aylıqdır sınaq və hazırlıq xarakterlidir. (Müqavilə bağlanarkən təhlükəsizliyin təmin olunması üçün valideyn və ya digər şəxsdən referans lazımdır – mobil nömrə ilə təsdiq olunur)

- Sizin Android əməliyat sistemli telefonunuza program yazılır.

- Qeydiyyat haqqı (10 AZN) və Balans (5 AZN) ödənilir. (Hər sifariş zamanı balansdan komisyon çıxılır. Balans bitdikdən sonra yenidən istədiyiniz miqdarda balans əlavə edirsiniz.)

- Təlim keçirilir, xidmət standartları izah olunur, İD kart verilir və işə başlanılır.

- Sınaq müddəti bitdikdən sonra uzun müddətli müqavilə bağlanır (VÖEN alınması vacibdir)

 

Sifariş Prosesi necə baş verir?

 

Sifarişçi sifariş verir: məhsulun parametrini və tələblərini qeyd edir. Tələbə uyğun ən yaxın kuryerə sifariş gedir və Kuryer ilk ünvana yaxınlaşır. Ünvana çatdıqda Vəsqisədini təqdim edərək özünü tanıdır.

 

Kuryer məhsulu yoxlayıb təhvil alır . Kuryer məhsulun çatdırılma zamanı zədələnməsinə, xarab olmasına, yararsız hala düşməsinə məsuliyət daşıyır. Ona görə təhvil alarkən məhsul yoxlanılmalıdır. Xidmət haqqının ödənilmə tərəfi müəyyən olunmalıdır.

 

Məhsul təhvil verilərkən qəbul edən tərəf yoxlayıb təhvil alır. TİP-lər kuryerdə qalır. Xidmət haqqı ödənişinin 20%-i Şirkətə komisyon olaraq ödənilir.

 

 

 

ŞƏRTLƏRLİ OXUDUNUZSA BLANKI DOLDUR