HAQQIMIZDA

Nə işlə məşğul oluruq?

 

11delivery, çatdırılma xidməti göstərmək üçün  fiziki şəxslər və şirkətiəri kuryerlərlə birləşdirən platformadır. Azərbaycanda ilk dəfə olaraq, bu sistem tamamlilə avtomatlaşdırılmışdır. Müştəri Google Play Store – da yerləşdirlimiş mobil applikasiya vasitəsi ilə və ya 11delivery.com saytından öz sifarişini daxil edir. Avtomatlaşdırılmış program şəhərin hər bir yerində yayılmış geniş kuryer şəbəkəmizdən müştəriyə ən yaxın olanını seçərək sifarişi ona yönləndirir və kuryer məhsulu ən sərfəli şərtlərlə lazımı ünvana çatdırır.

 

Çatdırılma xidmətimiz 3 növdür:

 

Standart: Kuryerlər piyada, velosipedlə və ya ictimai nəqliyatdan istifadə edərək hərəkət edirlər. Minimum 1 azn olmaqla, hər km 20 qəp. hesablanır. Çatdırılma müddəti maksimum 2 saatdır.

 

Xüsusi qablaşdırma ilə: Xüsusi qablaşdırma tələb edən əşyaların çatdırılması zamanı istifadə olunur, tez xarab olan, tez əriyən, tez qırılan, əzilən əşyaların daşınması zamanı istifadə olunur. Qablaşdırmanı sifarişçi özü edir. Minimum 1,5 azn olmaqla, hər km 25 qəp. hesablanır. Çatdırılma müddəti maksimum 1.5 saat

 

Maşınla: Kuryerlər şəxsi avtomobillərindən istifadə edərək hərəkət edirlər. Minimum 2.5 azn olmaqla, hər km 30 qəp. hesablanır. Çatdırılam müddəti maksimum 45 dəq.

 

*Bu paketlərdən əlavə korporativ müştərilərə özəl paketlərin hazırlanması mümkündür.

 

 

 

Sifariş Prosesi necə baş verir?

 

Sifarişçi sifariş verir: məhsulun parametrini və tələblərini qeyd edir. Tələbə uyğun ən yaxın kuryerə sifariş gedir və Kuryer ilk ünvana yaxınlaşır. Ünvana çatdıqda Vəsqisədini təqdim edərək özünü tanıdır.

 

Kuryer məhsulu yoxlayıb təhvil alır . Kuryer məhsulun çatdırılma zamanı zədələnməsinə, xarab olmasına, yararsız hala düşməsinə məsuliyət daşıyır. Ona görə təhvil alarkən məhsul yoxlanılmalıdır. Xidmət haqqının ödənilmə tərəfi müəyyən olunmalıdır.

 

Məhsul təhvil verilərkən qəbul edən tərəf yoxlayıb təhvil alır. TİP-lər kuryerdə qalır. Xidmət haqqı ödənişinin 20%-i Şirkətə komisyon olaraq ödənilir.

 

Əlaqə üçün: +994554095030

Ünvan: Azərbaycan Milli Elmlər Akademiyası, Yüksək Texnologiyalar Parkı.

Email: info@11delivery.com